COP29

"Şükür Allaha, qazandım! Cavan deyiləm ki, bundan sonra…"

10 May 14:20 Güləş 540
"Şükür Allaha, qazandım! Cavan deyiləm ki, bundan sonra…"

"Lisenziya qazanıb özümü sübut etdim".

Sportinfo.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu yunan-Roma güləşçimiz Sabah Şəriəti (130 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandığı yarışdan sonra deyib.

Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanmaqla istəyinə çatan güləşçi Paris-2024-ün onun üçün son olimpiada olduğunu vurğulayıb:

"Şükür Allaha, yaxşı güləşdim. Ən çətin görüş Litva güləşçisinə qarşı oldu.

İkiqat dünya mükafatçısıdır. Şükür Allaha, qələbə qazandım.

Cavan deyiləm ki, bundan sonra olimpiadada iştirak edim. Bir medalım var. İkinci medal üçün çalışacam.

Bütün gücümü medal qazanmağa yönəldəcəm. Demək olar ki, sonuncu olimpiadamdır".

Azərbaycan güləşçilərindən Murad Məmmədov (60 kq) və Rafiq Hüseynov (87 kq) da olimpiya lisenziyasına sahib çıxıblar.

Digər Xəbərlər
Xəbər Lenti