COP29

Azərbaycanlı veteranın oğlu ABŞ-da ilin ən yaxşısı seçildi

8 May 02:30 Güləş 424
Azərbaycanlı veteranın oğlu ABŞ-da ilin ən yaxşısı seçildi

ABŞ-da 2023-cü ilin ən yaxşı sərbəst güləşçilərinin adları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, ABŞ Güləş Federasiyasının tərtib etdiyi siyahıda ilk pilləni Azərbaycanın veteran güləşçisi Vüqar Orucovun oğlu Vitali Orucov (61 kiloqram) tutub.

Həmyerlimiz ilk dəfə bu titula layiq görülüb.

O, daha əvvəl ABŞ-ın ikiqat olimpiya və dördqat dünya çempionu Con Smitin adına daşıyan mükafata sahib çıxıb.

Ötən il dünya çempionatında debüt edən V. Orucov qızıl medal qazanıb. O, həmçinin Panamerika və ABŞ Açıq çempionatlarının qalibi olub.

Azərbaycanlı güləşçi zədə səbəbindən “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışlarda iştirak edə bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti