Onun ölkəmizlə əlaqəli qalmaqallı iddiası araşdırılacaq

14 Aprel 02:40 Güləş 366
Onun ölkəmizlə əlaqəli qalmaqallı iddiası araşdırılacaq

Sportinfo.az xəbər verir ki, İtaliya Cüdo, Güləş, Karate və MMA Federasiyası (FIJLKAM) Ümumdünya Güləş Birliyinə (UWW) rəsmi şikayət edib.

Prosport.az-ın xəbərinə görə, şikayət aprelin 7-də Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində İtaliya təmsilçisi Frank Çamisonun hakim ədalətsizliyi ilə üzləşməsi ilə bağlıdır.

Belə ki, Frank Çamiso 74 kq çəki dərəcəsində Azərbaycan təmsilçisi Turan Bayramovla görüşdə hesab 8:8 olduğu vaxtda son saniyədə 2 xalının hesaba alınmamasından narazıdır.

Daha sonra o, İtaliyanın "Republika" qəzetinə verdiyi müsahibədə ona uduzmağı üçün 300 min dollar pul təklif edildiyini və bundan imtina etdiyini bildirib.

UWW FIJLKAM-ın bu şikayətini araşdıracaq. Həmçinin qurum bildirib ki, bu görüş haqda artıq öz hakimlər orqanının və eləcə də həmin görüşün hakimlərinin hesabatını alıb.

UWW mümkün sanksiyalar üçün bu məsələnin diqqətlə və müstəqil şəkildə yoxlanılacağını və tərəflərin səsləndirdiyi fikirlərin araşdırılacağını bildirib.

Yeri gəlmişkən, Olimpiadaya bu görüşlə lisenziya qazanmış Turan Bayramov da səssiz qalmayıb: "Məğlubiyyəti qəbul etməyi də bacarmaq lazımdır. Boş və dəlilsiz ittiham sürmək Çamiso kimi tanınmış idmançıya yaraşmaz. Dəlilin varsa ortaya qoy. Yoxdursa sus və İstanbuldakı yarışa hazırlaş".

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU