“Dəlilin varsa, ortaya qoy, yoxdursa, sus” - SƏRT CAVAB!

13 Aprel 15:40 Güləş 549
“Dəlilin varsa, ortaya qoy, yoxdursa, sus” - SƏRT CAVAB!

Xəbər verdiyimiz kimi, italiyalı güləşçi Frank Çamizo keçən həftə Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya təsnifat turnirində uduzması üçün ona 300.000 ABŞ dolları məbləğində rüşvət təklif edildiyi iddiası ilə çıxış edib.

Sportinfo.az xəbər verir ki, onun bu iddiasına final mərhələsində uduzduğu Turan Bayramov cavab verib.

“Məğlubiyyəti qəbul etməyi də bacarmaq lazımdır. Boş və dəlilsiz ittiham sürmək Çamizo kimi tanınmış idmançıya yaraşmaz.

Dəlilin varsa ortaya qoy. Yoxdursa, sus və İstanbuldakı yarışa hazırlaş” - deyə Bayramov ikiqat dünya çempionunun iddiasına reaksiya bildirib.

həmin görüşdə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Bayramov Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti