"Allaha çox şükür, bu qədər azarkeşin önündə məni məyus etmədi"

9 Aprel 02:20 Güləş 241
"Allaha çox şükür, bu qədər azarkeşin önündə məni məyus etmədi"

"Allaha çox şükürlər olsun.

Bu qədər azarkeşin önündə məni məyus etmədi.

Artıq üçüncü dəfədir ki, Olimpiya Oyunlarına vəsiqə qazanıram".

Sportinfo.az xəbər verir ki, bu sözləri sərbəst güləş üzrə Azərbaycan millisinin lideri Hacı Əliyev Bakıda təşkil edilən Olimpiya təsnifat turnirində Paris-2024-ə vəsiqə qazandığı görüşdən sonra deyib..

Üçqat dünya və dördqat Avropa çempionu bu Olimpiadanın onun üçün çox vacib olduğunu bildirib:

"Uzun müddət çıxış etməyimə baxmayaraq, bu yarış karyeramda ən vacibi idi.

Olimpiadalarda 1 dəfə 3-cü, 1 dəfə də 2-ci olmuşam. İnşallah, Parisdə qızıl medal qazanaram".

Hacı Əliyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinin yarımfinalında Albaniya təmsilçisi İslam Dudayevə qalib gələrək, üçüncü dəfə olimpiadada iştirak hüququ qazanıb.

O, Rio-2016-da bürünc, Tokio-2020-də gümüş medal əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti