Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti ilə görüşdü

6 Aprel 22:40 Güləş 203
Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti ilə görüşdü

Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, bununla bağlı M.Cabbarov "X" sosil şəbəkəsindəki hesabında paylaşım edib.

"Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç ilə görüşdə ölkəmizdə güləşə dövlət səviyyəsində yüksək şəraitin yaradıldığı, idmançılarımızın nüfuzlu beynəlxalq yarışlarda əldə etdiyi qələbələr qeyd olundu.

Azərbaycanda təşkil olunan mötəbər idman yarışlarının vacibliyinə toxunaraq, hazırda Bakıda keçirilən Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinin önəmini vurğuladıq", - deyə AGF prezidenti bildirib.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan yarış aprelin 7-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU