33 ölkənin komandası Bakıya səfər edəcək

30 Mart 2024 07:20 Güləş 712
33 ölkənin komandası Bakıya səfər edəcək

Aprelin 5-dən 7-dək Milli Gimnastika Arenasında keçiriləcək güləş üzrə Olimpiya Təsnifat turnirində 33 ölkənin idmançıları iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

İştirakçı sayına görə yunan-Roma güləşi üstünlük təşkil edir. 117 idmançı yarışın ilk günündə güləşin klassik növündə mübarizə aparacaq.

Aprelin 6-da qadın güləşi üzrə 83 idmançı lisenziya sahiblərini müəyyənləşdirəcək. Son yarış günündə isə 97 sərbəst güləşçi xalça üzərinə çıxacaq. Ümumilikdə Bakıda 297 güləşçi olimpiadaya vəsiqə uğrunda mübarizə aparacaq.

“İticket” vasitəsi ilə bilet satışı da sürətlə davam edir. Artıq biletlərin 1/3-i satılıb. Biletləri bu şirkətin satış məntəqələrindən və ya "iticket.az" saytından onlayn qaydada əldə etmək mümkündür.

Avropa Olimpiya Təsnifat turnirində hər çəkidə 2 güləşçi Paris-2024-ə vəsiqə qazanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi