Federasiya prezidenti məşhur rusiyalının Bakıda bunu qazanacağına ümid edir

27 Mart 2024 02:30 Güləş 581
Federasiya prezidenti məşhur rusiyalının Bakıda bunu qazanacağına ümid edir

"Ümid edirəm ki, Abdülraşid Sadulayev və Artur Nayfonov Bakıdakı yarışda lisenziya məsələsini həll edəcəklər".

Sportinfo.az xəbər verir ki, bunu Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili Azərbaycanda keçiriləcək Avropa Olimpiya Təsnifat Turniri barədə TASS-a açıqlamasında deyib.

Federasiya rəsmisi sərbəst güləşçilərdən Nayfonovun 86 kq-da, Sadulayevin isə 97 kq-da mübarizə aparacağını söyləyib.

Avropa Olimpiya Təsnifat Turniri aprelin 5-7-si aralığında Milli Gimnastika Arenasında təşkil olunacaq. Finala vəsiqə qazanan idmançılar Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər.

Abdülraşid Sadulayev ikiqat olimpiya, dördqat dünya və Avropa çemionudur.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi