"Bu, artıq onunla bağlı ikinci belə qərardır"

11 Aprel 04:00 Güləş 441
"Bu, artıq onunla bağlı ikinci belə qərardır"

Beynəlxalq Olimpiya Komitəsi (BOK) rusiyalı güləşçi, ikiqat Olimpiya çempionu Əbdülrəşid Sadullayevin Bakıda keçirilən lisenziyalı olimpiya turnirində iştirakına icazə verməyib.

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiya Güləş Federasiyasının rəsmi saytında məlumat verilib.

Müvafiq bildiriş aprelin 3-də Birləşmiş Güləş Dünyasından (UWW) gəlib.

"Beynəlxalq Olimpiya Komitəsi növbəti psevdoyoxlamadan sonra beynəlxalq yarışlarda iştirakına icazə verilməyənlərin yeni siyahılarını dərc edib.

Təəssüf ki, onların arasında ikiqat Olimpiya çempionu, komandamızın kapitanı Əbdülrəşid Sadullayev də var. Sadullayev Bakıya gəlsə belə, yarışa buraxılmayacaq, BOK-dan qadağası var.

Birləşmiş Güləş Dünyası bizimlə dərhal əlaqə saxladı və mümkün qədər tez əvəzlənmək imkanı verdi - Bakıda Əlixan Cəbrayılov çıxış edib.

Vurğulamaq istəyirəm ki, məhz BOK Sadullayev yarışda iştirakının qarşısını almaq qərarına gəlib, UWW isə əksinə, Sadullayevin mübarizə aparması üçün mümkün olan hər şeyi edib”, - Rusiya Güləş Federasiyasının rəhbəri Mixail Mamiaşvili bildirib.

Bu, artıq Sadullayevlə bağlı ikinci belə qərardır. Fevral ayında rusiyalı güləşçi Şengen vizası ilə Rumıniyaya buraxılmayıb və Avropa Çempionatında iştirak etmək imkanı verilməyib.

Bildirilir ki, Beynəlxalq Olimpiya Komitəsinin Əbdülrəşid Sadulayevin yarışlara buraxılmaması ilə bağlı qərarı onun Rusiyanın Ukraynaya qarşı təcavüzünü və prezident Vladimir Putini dəstəklədiyi ilə əlaqəlidir.

Sadullayev Rio-de-Janeyro və Tokioda keçirilən Olimpiya oyunlarının qalibi və beş qat dünya çempionudur.

Digər Xəbərlər
Xəbər Lenti