COP29

"Mən qələbə üçün əlimdən gələni etdim - Onlarsız bu, mümkün olmazdı"

11 Aprel 03:30 Güləş 1 022
"Mən qələbə üçün əlimdən gələni etdim - Onlarsız bu, mümkün olmazdı"

"Azarkeşlərsiz bu uğur mümkün olmazdı".

Sportinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində finala yüksələrək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edən Azərbaycanın sərbəst güləşçisi Georgi Meşvildişvili (125 kq) deyib.

Yarımfinalda Alen Xubulov (Bolqarıstan) üzərində inamlı qələbə qazanan 31 yaşlı idmançı bunun üçün əlindən gələni etdiyini bildirib:

“Komanda, federasiya, məşqçi korpusu qarşısında məsuliyyətim var idi. Qələbə üçün əlimdən gələni etdim.

Uğuruma görə, bütün məşqçi heyətinə təşəkkürümü bildirirəm. Federasiya da bizim üçün hər cür şəraiti yaratmışdı. Xüsusən də, azarkeşləri vurğulamalıyam”.

G.Meşvildişvili Fransada keçiriləcək olimpiadaya çempionluq üçün yollanacağını söyləyib:

“Bütün rəqiblər yaxşıdır. Xüsusən də, Moldova idmançısını qeyd edərdim.

Yarışa yüksək səviyyədə hazırlaşmaq lazımdır. Bütün idmançıların əsas arzusu olimpiya qızılını qazanmaqdır. Hamı bunun uğrunda döyüşəcək”.

Azərbaycanın 5 sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib. Meşvildişvili ilə yanaşı, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (86) bunu bacarıblar.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:10 Çək və bizə göndər!
20 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 10:40 Bu da BİZİM TƏKLİF!
20 Sentyabr 06:10 Paşinyan bunu istisna etmir
20 Sentyabr 05:50 Bir də o... YENİ KEÇİD
20 Sentyabr 05:10 Babayev də imzanı atdı
20 Sentyabr 02:10 Millimiz Çexiyaya uduzdu