Rusiya komandasının kapitanı Bakıdakı turnirə buraxılmadı

5 Aprel 2024 02:30 Güləş 831
Rusiya komandasının kapitanı Bakıdakı turnirə buraxılmadı

Rusiyanın sərbəst güləş üzrə ikiqat olimpiya çempionu Abdülraşid Sadulayev Bakıda keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə buraxılmayıb.

Sportinfo.azxəbər verir ki, bu barədə Rusiya Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qurumun prezidenti Mixail Mamiaşvili dördqat dünya çempionunun Beynəlxalq Olimpiya Komitəsinin (IOC) qərarı ilə yarışda iştirak etməyəcəyini bildirib:

"IOC növbəti yoxlamalardan sonra turnirlərə buraxılmayanların siyahısını açıqlayıb. Təəssüf ki, onların arasında komandanın kapitanı Abdülraşid Sadulayev də var.

Dünya Güləş Birliyi (UWW) ilə dərhal əlaqə saxladıq, onu Əlixan Cəbrayılovla əvəzlədik".

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi