Bu da satışa çıxarıldı

16 Mart 08:40 Güləş 273
Bu da satışa çıxarıldı

Bakıda keçiriləcək güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirinin biletləri satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil ediləcək yarışın biletlərini iticket.az saytından əldə etmək mümkündür.

Biletlər sadə (2 manat) və VİP (7 manat) olaraq iki hissəyə ayrılıb. Hər gün üçün iki seans nəzərdə tutulub.

Gündüz seansı 10:30-da, axşam seansı isə 18:00-da başlayacaq. Hər seansa 2446 sadə, 156 VİP bilet daxildir. Ümumilikdə 15612 bilet satışa çıxarılıb.

Avropa Olimpiya Təsnifat Turniri 5-7 aprel aralığında təşkil olunacaq. İlk yarış günündə yunan-Roma, aprelin 6-da qadın, son gündə isə sərbəst güləş üzrə mübarizə baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!