Azərbaycan çempionatında bir ilk yaşanacaq - Medal qazan, milliyə dəvət al!

9 Mart 01:30 Güləş 210
Azərbaycan çempionatında bir ilk yaşanacaq - Medal qazan, milliyə dəvət al!

Martın 12-dən 15-dək Şağan Olimpiya İdman Kompleksində güləş üzrə U-15 Azərbaycan çempionatı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, üçüncü dəfə keçiriləcək bu birincilikdə sərbəst və yunan-Roma güləşi ilə yanaşı, ilk dəfə qadın güləşi üzrə də mübarizə baş tutacaq.

Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə ortaq təşkil etdiyi yarışın ilk 2 günündə sərbəst güləşçilər çıxış

edəcək. Çempionatın 2-ci günündə qadın güləşi üzrə qaliblər də müəyyənləşəcək. Birinciliyin son 2 günündə isə yunan-Roma güləşi üzrə yarış keçiriləcək.

Beynəlxalq və milli dərəcəli hakimlərin idarə edəcəyi ölkə çempionatının görüşləri hər gün saat 10:00-da başlayacaq.

Birincilikdə medal qazanan idmançılar müvafiq yığma komandalara cəlb ediləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!