Azərbaycanın daha 4 güləşçisi medal qazandı- Avropa çempionatı

19 Fevral 2024 01:40 Güləş 641
Azərbaycanın daha 4 güləşçisi medal qazandı- Avropa çempionatı

Azərbaycanın daha dörd sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, yarışın sonuncu günündə Nurəddin Novruzov (61 kq), Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq) və Georgi Meşvildişvili (125 kq) üçüncü yeri tutublar.

Daha əvvəl güləşçilərimiz 12 mükafat (5 qızıl, 3 gümüş və 4 bürünc) əldə ediblər.

Yunan-Roma güləşçilərdən Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) üçüncü yeri tutub.

Qadın güləşçilərdən isə Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qitə çempionu olublar, Elis Manolova (65 kq) bürünc medala yiyələnib.

Sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, İslam Bazarqanovla (57) Əli Rəhimzadə (65 kq) bürünc mükafata sahib çıxıblar.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi