Azərbaycan yığması Avropa çempionatında 2-ci oldu

16 Fevral 2024 03:50 Güləş 785
Azərbaycan yığması Avropa çempionatında 2-ci oldu

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında komanda hesabında ikinci yeri tutub.

Sportinfo.az xəbər verir ki, güləşçilərimiz 3 qızıl, 2 gümüş, 1 bürünc medalla buna nail olublar.

Ümumilikdə 142 xal toplayan yığma Avropa çempionu olan Türkiyədən cəmi 5 xal geri qalıb. Azərbaycan millisi həm də tarixində ilk dəfə qitə birinciliyində 3 qızıl mükafat əldə edib.

Avropa çempionatında Azərbaycan yığmasının heyətində Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) gümüş, Beka Kandelaki (130 kq) isə bürünc medala sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi