Azərbaycan yığmasının aparıcı siması bu çempionata getmir: “Gücümü ora saxlayıram”

10 Yanvar 08:40 Güləş 394
Azərbaycan yığmasının aparıcı siması bu çempionata getmir: “Gücümü ora saxlayıram”

Azərbaycan 4 qat Avropa, 3 qat dünya çempionu güləşçisi Hacı Əliyev fevralda Rumıniyanın paytaxtı Buxarestə keçiriləcək Avropa çempionatına yollanmayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya idmançının özü məlumat verib.

O bildirib ki, buna səbəb çəki salmaq istəməmisidir:

“Avropa çempionatında 65 kq-da güləşməyəcəyim üçün çəki salmalıyam. Buna görə də qatılmayacam.

Hər yarışda çəki salmaq olmaz. Gücümü Olimpiadaya saxlamaq istəyirəm. Əsas hədəfim Parisdə medal qazanmaqdır”.

Paris Olimpiya Oyunları 26 iyul – 11 avqust tarixlərində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti