“Bu, onun məşqçilər korpusu ilə ortaq qərarıdır”

9 Yanvar 08:30 Güləş 314
“Bu, onun məşqçilər korpusu ilə ortaq qərarıdır”

Yunan-Roma güləşi üzrə üçqat dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizlinin Xorvatiyada keçiriləcək “Zaqreb Open”də iştirak etməməsinin səbəbi bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının Mətbuat Xidmətindən məlumat verilib.

“Bu, idmançının məşqçilər korpusu ilə ortaq qərarıdır. Eldəniz komanda ilə Zaqrebə yollanır.

Yarışdan sonra sözügedən şəhərdə yığmamızın təlim-məşq toplanışı gerçəkləşəcək. Eldəniz də orada olacaq”, - deyə qurumdan bildirilib.

Yanvarın 10-14-ü aralığında keçiriləcək “Zaqreb Open” turniri reytinq xarakterlidir.

Digər Xəbərlər
Xəbər Lenti