Hacı Əliyev daha dözə bilmədi, nazirlikdən şikayətləndi: "Mənə haqsızlıq etdilər"

28 Dekabr 2023 12:40 Güləş 470
Hacı Əliyev daha dözə bilmədi, nazirlikdən şikayətləndi: "Mənə haqsızlıq etdilər"

Sərbəst güləş üzrə 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev Gənclər və İdman Nazirliyindən narazılıq edib.

Sportinfo.az xəbər verir ki, o, feysbuk hesabında paylaşım edərək ilin 10 ən yaxşı idmançısı siyahısında olmamasına və Xankəndidə Prezident İlham Əliyevlə görüşə dəvət almamasının səbəbini anlamadığını bildirib:

"Bu il ilk dəfə 4 qat Avropa çempionu olaraq adımı Azərbaycan güləş tarixinə yazdım. Bakıda keçirilən hərbçilər arasında dünya çempionatının qalibi oldum.

Amma Gənclər və İdman Nazirliyi tərəfindən heç bir diqqət görmədim, heç ilin ən yaxşı 10 idmançısı siyahısına da düşmədim.

Cənab Prezidentimiz İlham Əliyev tarixi qələbə qazandığımız Qarabağa idmançıları dəvət etdi və onlarla görüşdü, idmançıları nə qədər sevdiyini sübut etdi.

Amma çox heyif ki, nazirlik adımı Prezidentlə görüş siyahısına salmadı. İnanıram ki, ölkə başçısı məni orda görməyə çox sevinərdi.

Bu qədər qələbə qazanmağıma, nəticə əldə etməyimə baxmayaraq, nazirlik məni bu görüşdən məhrum etdi. Bu haqsızlığa görə inanıram ki, tədbir görüləcək".

Digər Xəbərlər
Xəbər Lenti