Azərbaycanda federasiya yeni layihəyə başladı

26 Dekabr 2023 08:30 Güləş 953
Azərbaycanda federasiya yeni layihəyə başladı

Azərbaycan Güləş Federasiyası (AGF) ölkədə güləşin sağlam təməllər üzərində möhkəmlənməsi və sistemli inkişafı üçün müxtəlif layihələri həyata keçirir.

Sportinfo.az xəbər verir ki, belə layihələrdən biri də artıq start götürüb.

Cari ildə yetirmələri U-15 və U-17 Avropa və dünya çempionatlarında medal qazanan şəxsi məşqçilərlə görüş keçirilib. Federasiya bu məşqçilərlə sıx əməkdaşlığa başlayır.

Belə ki, qarşıdakı 1 il ərzində AGF tərəfindən xidmət haqqı alacaq mütəxəssislər yerlərdə güləş bölmələrinin açılmasında yaxından iştirak edəcəklər.

Bu istiqamətdə təbliğat və təşviqat işlərində federasiya tərəfindən tam dəstək veriləcək və daha çox yeniyetmənin güləşə cəlb olunması üçün bütün zəruri tədbirlər görüləcək.

2028 və 2032 Olimpiya Oyunları üçün daha güclü və rəqabətli heyət formalaşdırmaq üçün həyata keçiriləcək digər layihələrlə bağlı da ictimaiyyətə məlumat veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi