Azərbaycan güləşçiləri Bakıdakı dünya çempionatını 21 medalla başa vurdu

2 Dekabr 2023 18:20 Güləş 587
Azərbaycan güləşçiləri Bakıdakı dünya çempionatını 21 medalla başa vurdu

Azərbaycan güləşçiləri Bakıda hərbçilər arasında keçirilən 36-cı dünya çempionatını 21 medalla başa vurublar.

Sportinfo.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində təşkil olunan yarışın sonuncu günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar.

Nihad Quluzadə (60 kq) qızıl, Laçın Vəliyev (87 kq) gümüş, Qurban Qurbanov isə (77 kq) bürünc mükafata sahib çıxıb.

Azərbaycan idmançıları daha əvvəl mundialın ilk üç günündə 10 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmışdılar.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
21 Oktyabr 04:00 Qayıbov bura sədr seçildi