"Onu sinəmə qaldırdım, ancaq ata bilmədim, gücüm çatmadı"

2 Noyabr 2023 02:30 Güləş 631
"Onu sinəmə qaldırdım, ancaq ata bilmədim, gücüm çatmadı"

“Finalda qələbəni rəqibə hədiyyə etdim”.

Sportinfo.az xəbər verir ki, bunu yunan-Roma güləşçisi Xasay Həsənli (77 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23-lər arasında dünya çempionatında gümüş medal qazanması barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

O, həlledici görüşü yaxşı keçirməsinə baxmayaraq, səhvə yol verdiyini bildirib:

“Yarış mənim üçün uğurlu keçdi. Yaxşı hazırlaşmışdıq. Finala qədər inamlı qələbələr qazandım.

Finalda da özümü yaxşı hiss edirdim. U-23 Avropa çempionatının finalında da Aleksandrin Qutuyla qarşılaşmışdım.

Əvəz çıxmaq istəyirdim. Bu dəfə Moldova idmançısına qarşı daha yaxşı güləşdim.

Üçüncü parter zamanı rəqibi sinəmə qaldırdım, ancaq ata bilmədim. Bu da fiziki gücümün zəif olmasından irəli gəlir”.

X.Həsənli qazandığı medalı qardaşına həsr edib:

“Bu çatışmazlığı aradan qaldırıb, daha böyük arenalarda qələbələr qazanmağa çalışacağam.

Üzərimdə əziyyəti olan həm şəxsi məşqçimə, həm də bütün yığma məşqçilərinə təşəkkürümü bildirirəm. Medalımı qardaşıma həsr edirəm”.

Azərbaycan millisi dünya çempionatını 1 gümüş, 3 bürünc medalla başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu