Mikayıl Cabbarov millidən paylaşım etdi: “DÇ-da tarixi uğura imza atıldı” - VİDEO

25 Sentyabr 2023 14:20 Güləş 921
Mikayıl Cabbarov millidən paylaşım etdi: “DÇ-da tarixi uğura imza atıldı” - VİDEO

“Belqradda keçirilən güləş üzrə dünya çempionatında millimiz tarixi uğura imza atıb”.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov "X" səhifəsində paylaşım edib.

Qurum rəhbəri komanda hesabında dünya çempionu olan yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının uğurunu xüsusi vurğulayıb:

“Yunan-Roma güləşi üzrə 2 qızıl və 3 gümüş medal qazanan pəhləvanlarımız 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu olublar.

Azərbaycan güləşini zirvələrə aparan, ölkəmizi layiqincə təmsil edən güləşçilərimizə və məşqçi heyətinə təşəkkür edir, təbriklərimizi çatdırır və daimi nailiyyətlər arzulayırıq”.

Mundialda Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) dünya çempionu olublar, Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) isə gümüş medala yiyələniblər.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM