Sənan erməninin kürəyini yerə vurdu, dünya çempionatının finalına yüksəldi - VİDEO

22 Sentyabr 2023 02:50 Güləş 845
Sənan erməninin kürəyini yerə vurdu, dünya çempionatının finalına yüksəldi - VİDEO

Serbiyanın paytaxtı Belqradda təşkil olunan güləş üzrə lisenziya xarakterli dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov yarımfinal görüşünə çıxıb.

77 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda Ermənistan təmsilçisi Malxas Amoyanla üz-üzə gəlib.

Rəqibini 5:0 hesabı ilə məğlub edən Sənan mundialın finalına yüksəlib və Paris Olimpiadasına lisenziya əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi