COP29

Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəldi

18 Sentyabr 2023 00:10 Güləş 414
Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəldi

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında finala yüksəlib.

Sportinfo.az xəbər verir ki, 92 kq çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini məğlub edərək, həlledici görüşə vəsiqə qazanıb.

O, sentyabrın 18-də finalda qazaxıstanlı Rizabek Aytmuxanla qarşılaşacaq.

Yarışın ikinci günündə mübarizəyə qoşulan Turan Bayramov (74 kq) və Orxan Abasov (79 kq) yarımfinala qədər irəliləsələr də, finala adlaya bilməyiblər. Onlar sabah bürünc medal uğrunda yarışacaqlar.

57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə isə 1/8 finalda məğlub olub.

Lisenziya xarakterli dünya çempionatı sentyabrın 24-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!