“Məni bir az əsəbiləşdirmişdilər, onların dərsini vermək vaxtıdır”

12 Sentyabr 2023 17:20 Güləş 639
“Məni bir az əsəbiləşdirmişdilər, onların dərsini vermək vaxtıdır”

“Yaxşı formadayam və dünya çempionatına hazıram. Son Avropa çempionu olduğum vaxtdakı formadan daha yaxşı vəziyyətdəyəm”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan güləş millisinin üzvü Hacı Əliyev deyib.

O, 16-24 sentyabrda Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatından danışıb:

“Hədəflərim yüksəkdir. Həm dünya çempionu olmaq, həm də Olimpiadaya lisenziya qazanmaq istəyirəm.

Keçən dünya çempionatından bir az əsəbim var. Bəzi rəqiblərin qələbədən sonra etdiyi hərəkətlər məni qıcıqlandırmışdı. Onların dərsini vermək vaxtıdır”.

Təcrübəli güləşçi Qazaxıstanın paytaxtı Astanada keçirilmiş DÇ-də olan haqsızlıqlardan da söz açıb:

“Hakimlərin haqsızlıqları zaman-zaman olur. Azərbaycana qarşı bunu bir neçə dəfə ediblər.

Astanada mənə olan haqsızlıqları unutmuşam. Onu beynimdə saxlasam, mənə problem yaradar”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”