Gültəkin xalçaya çıxdı, dünya üçüncüsü oldu

19 Avqust 2023 00:00 Güləş 869
Gültəkin xalçaya çıxdı, dünya üçüncüsü oldu

İordaniyanın paytaxtı Ammanda güləş üzrə U-20 dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, yarışın 4-cü günündə son qadın güləşçimiz xalçaya çıxıb.

Gültəkin Şirinova (53 kq) almaniyalı Amori Aandrixə tam üstünlüklə (11:0) qalib gələrək 1/4 finala vəsiqə qazanıb.

Ancaq yarımfinalın bir addımlığında ukraynalı Mariya Yefremovaya “tuş”la məğlub olub.

Rəqib finala yüksəldiyi üçün Şirinova təsəlliverici görüşə çıxıb. Gəncə güləş məktəbinin yetirməsi bolqarıstanlı Nikol Krumovaya heç bir şans tanımayıb – 10:0.

Həlledici qarşılaşmada amerikalı Keti Qomeslə güləşən Gültəkin 9:4 hesablı qələbəylə dünya üçüncüsü olub.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi