COP29

Yusif dünya çempionu oldu

6 Avqust 2023 00:00 Güləş 366
Yusif dünya çempionu oldu

Türkiyənin İstanbul şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə mübarizədə ilk qaliblər müəyyənləşib.

Mirzəağa Axundov (65 kq) belaruslu Aleksandr Kambayevə tam üstünlüklə (16:5), moldovalı Katalin Spinuya isə sonuncu xal prinsipinə əsasən (7:7) qalib gəlib.

Ancaq 1/4 finalda iranlı Sina Xəliliyə 2:11 hesabıyla məğlub olub. Axundov təsəlliverici görüşdə ermənistanlı Vladimir Azaryanla bacarmayıb – 5:16.

İsmayıl Əsədli (80 kq) 1/8 finalda ermənistanlı Razmik Yepremyana “tuş”la qalib gəlsə də, daha sonra moldovalı Aleksandru Borsa uduzub – 1:3.

Əsədli təsəlliverici görüşdə macarıstanlı Adam Mijeyi mübarizədən kənarlaşdırıb – 2:0. Ancaq bürünc medal uğrunda qarşılaşmada amerikalı Zakari Rayderə müqavimət göstərə bilməyib – 2:12.

Yusif Dursunov (110 kq) özbəkistanlı Eldorbek Xasanova tam üstünlüklə (11:0) qalib gələrək 1/4 finala yüksəlib.

Avropa çempionumuz daha sonra gürcüstanlı Aleksandr Abramişviliyə gücünü göstərib – 4:1. Yusif yarımfinalda ermənistanlı Henrik Haykyanı da 6:2 hesabıyla üstələyərək adını finala yazdırıb.

Dursunov həlledici görüşdə qazaxıstanlı Yedige Kassimbeklə qarşılaşıb. Rəqibinə 4:2 hesabıyla qalib gələn Yusif bu il Avropa çempionluğunun ardınca dünya çempionu ünvanına da sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!