Azərbaycan millisi ilk dəfə Avropa çempionu oldu

29 İyun 2023 01:00 Güləş 1 213
Azərbaycan millisi ilk dəfə Avropa çempionu oldu

İspaniyada keçirilən U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub.

Sportinfo.az xəbər verir ki, iki qızıl, iki gümüş və iki bürünc medal qazanan millimiz 144 xal toplayaraq komanda hesabında Avropa çempionu olub.

Bu, U-20 yunan-Roma güəşi yığmamızın qitə birinciliklərində topladığı ən yüksək xaldır. Gürcüstan (134) ikinci, Türkiyə (113) isə üçüncü yeri tutub.

Güləşçilərimizdən Elmir Əliyevlə (55 kq) Ruslan Nurullayev (72 kq) qızıl, Davud Məmmədov (77 kq) və Məzaim Mərdanov (130 kq) gümüş, Fəraim Muatafayevlə (63 kq) Kənan Abdullazadə (67 kq) isə bürünc medal qazanıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti