COP29

Azərbaycan komandası Polşada 9 medal qazandı

31 İyul 2023 01:30 Güləş 405
Azərbaycan komandası Polşada 9 medal qazandı

Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə beynəlxalq turnirə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, yarışın son günündə sərbəst güləş üzrə yığmanın 6 üzvü mübarizə aparıb və hamısı fəxri kürsüyə qalxıb.

61 kq

Əliabbas Rzazadə amerikalı Aaron Qaretlə (11:10) argentinalı Herman Almendraya (tuş) qalib gəlib. Ancaq üçüncü görüşdə hakimlərin mübahisəli qərarıyla ABŞ-ın digər təmsilçisi Austin Desantoya 3:4 hesabıyla məğlub olub. Gürcüstanlı Ramaz Turmanidzeni (4:0) üstələyən Əliabbas bürünc medala sahib çıxıb.

65 kq

Hacı Əliyev polşalı Kriştof Bienkovski (5:1) və gürcüstanlı Georgi Şoniyadan (4:1) güclü olsa da, amerikalı Maykl Alirezlə bacarmayıb – 0:8. Titullu pəhləvanımız israilli Coşua Finesilverə “tuş”la qalib gələrək turniri üçüncü pillədə başa vurub.

70 kq

Maqomed-Başir Xaniyev gürcüstanlı Sandro Sardanaşvili (11:0) və macarıtanlı Daniel Antal (10:2) üzərində inamlı qələbələr qazanaraq finala vəsiqə qazanıb. Həlledici görüşdə amerikalı Duqlas Veberə 2:6 hesabıyla məğlub olan Xaniyev gümüş medalla kifayətlənib.

74 kq

Turan Bayramov ilk 2 görüşdə yunanıstanlı Georgios Kuqiumtsidis (5:1) və polşalı Şimon Voytkovskiyə (tuş), Xadjimurad Qadjiyev isə gürcüstanlı Luka Çxitunidzeylə (8:1) isveçrəli Tobias Portmana (7:1) qalib gəlib. Üçüncü mərhələdə milli üzvləri bir-biriylə qarşılaşıb. Turan Xadjimurad üzərində inamlı qələbə qazanaraq (9:1) finala yüksəlib.

Digər səbətdə yer alan Cəbrayıl Qadjiyev bolqarıstanlı Ali Paşa Umarpaşayev (10:10), polşalı Kamil Ribiçki (9:0) və Bolqarıstanın digər təmsilçisi Ramazan Ramazanovu (5:4) məyus edərək adını finala yazdırıb.

Yunanıstanlı Georgios Kuqiumtsidis xalçaya çıxmadığı üçün Xadjimurad üçüncü yeri tutub. Azərbaycan finalı isə gözlənildiyi kimi, gərgin mübarizə şəraitində keçib. Cəbrayıla sonuncu xal prinsipinə əsasən (2:2) qalib gələn Turan Polşada çempion olub.

Beləliklə, güləşçilərimiz ənənəvi turniri 3 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub. Xatırladaq ki, öncəki günlərdə Mariya Stadniklə (50 kq) Osman Nurmaqomedov (92 kq) qızı, Georgi Meşvildişvili (125 kq) isə gümüş medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!