Avropa çempionatının finalına vəsiqə qazandı - Gültəkin

30 İyun 2023 01:30 Güləş 886
Avropa çempionatının finalına vəsiqə qazandı - Gültəkin

İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, dördüncü yarış günündə qadın güləşi üzrə millinin son 3 üzvü mübarizəyə qoşulub.

Gültəkin Şirinova (53 kq) fransalı Lauri Lesaffreyə (14:4), slovakiyalı Kristina Basixə (14:6) və türkiyəli Emine Çakmaka (4:1) qalib gələrək Avropa çempionatının finalına yüksəlib.

Gəncə güləş məktəbinin yetirməsi finalda ukraynalı Mariya Yefremova ilə qarşılaşacaq.

Nərgiz Səmədova (57 kq) bolqarıstanlı Nesrin Süleymanovaya (3:0) və xorvatiyalı Lana Noqiçə (11:1) qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Səmədova finalın bir addımlığında ukraynalı Alina Filipoviçlə bacarmayıb – 0:11.

Mingəçevir güləş məktəbinin yetirməsi bürünc medal uğrunda Tindra Dalmir (İsveç) – Şevval Çayır (Türkiyə) görüşünün qalibiylə güləşəcək.

Fatimə İsayeva (65 kq) təsnifat mərhələsində macarıstanlı Eniko Elekeşə “tuş”la məğlub olub.

Rəqib finala yüksəldiyi üçün İsayeva təsəlliverici görüşdə serbiyalı Maşa Peroviçlə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar