COP29

Əsmər və Ruzanna İspaniyada Avropa üçüncüsü oldu

30 İyun 2023 00:20 Güləş 331
Əsmər və Ruzanna İspaniyada Avropa üçüncüsü oldu

İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, üçüncü yarış günündə qadın güləşi üzrə millinin 4 üzvü mübarizəyə qoşulub.

Əsmər Cankurtaran (50 kq) təsnifat mərhələsində türkiyəli Zerda Demirə minimal fərqlə (6:7) məğlub olub.

Rəqib finaladək yüksəldiyi üçün Cankurtaran təsəlliverici görüşdə iştirak hüququ qazanıb.

Bu mərhələdə macarıstanlı Bianka Fata (15:5) tam üstünlüklə qalib gələn Əsmər isveçrəli Svenya Junqonu da 9:6 hesabıyla üstələyərək bürünc medal qazanıb.

Ruzanna Məmmədova (55 kq) moldovalı Lina Nitaya “tuş”la qalib gəlsə də, 1/4 finalda rumıniyalı Karla Lirkaya uduzub – 4:5.

Rəqibin finala yüksəlməsi Məmmədova üçüncülük uğrunda mübarizə aparmaq imkanı yaradıb. Ruzanna norveçli Felisitas Domayevaya gücünü göstərərək (9:6) bürünc medal əldə edib.

Firuzə Məcidova (59 kq) təsnifat mərhələsində polşalı Aleksandra Vitoşa “tuş”la məğlub olub.

Mərziyə Sadıqova (68 kq) serbiyalı Emiliya Yakovlyeviçə “tuş”la qalib gəlsə də, 1/4 finalda yunanıstanlı Nikoleta Barmpaya 6:8 hesabıyla uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!