"Mən "qara siyahı"ya düşmədim, amma bu qadağa gözlənilməz oldu"

7 Aprel 04:00 Güləş 1 046
"Mən "qara siyahı"ya düşmədim, amma bu qadağa gözlənilməz oldu"

Rusiyanın sərbəst güləş üzrə ikiqat olimpiya və beşqat dünya çempionu Abdülraşid Sadulayev Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində onun iştirakına qadağa qoyulmasının sürpriz olduğunu bildirib.

Sportinfo.az xəbər verir ki, idmançı bu barədə TASS-a müsahibəsində bildirib.

“Bəli, bu ədalətsizlikdir və gözlənilməzdir. BOK-un tələblərinə cavab verməyən rusiyalı güləşçilərin yoxlanılmasına əvvəldən başlanılıb və sonra mən qara siyahıya düşmədim və dünya çempionatda iştirak edə bildim”, - o deyib.

Sadulayevin rəyinə görə, qərara gəlib ki, komitənin ona qarşı heç bir şikayəti yoxdur. Lakin sonradan Rumıniyada Avropa çempionatında iştirakdan sonra Bakıdakı yarışa buraxılmayıb.

"Mənə tez-tez deyirlər ki, pandemiya olmasaydı, yığmamız beynəlxalq yarışlardan kənarlaşdırılmasaydı, sərbəst güləşdə bir çox rekordları yenidən qıra bilərdim.

Nəhayət, Avropa Olimpiya Təsnifat turnirinə buraxılmamağımla bağlı bu hadisə. Ancaq bu barədə çox düşünmürəm, sadəcə, mübarizə aparmaq, qalib gəlmək və azarkeşləri sevindirmək istəyirəm", - idmançı deyib.

Onun fikrincə, ədalətsizlikdən şikayət etməkdənsə, hazırda mövcud olan vəziyyəti qəbul edə bilmək vacibdir. Sadulayev olimpiadada iştirak etmək üçün mübarizəni davam etdirmək niyyətində olduğunu vurğulayıb.

Avropa Olimpiya Təsnifat turniri aprelin 5-də başlayıb və 7-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti