"Bütün məğlubiyyətlərin əvəzini ondan çıxdım"

7 Aprel 2024 03:10 Güləş 863
"Bütün məğlubiyyətlərin əvəzini ondan çıxdım"

"Stadnikdən bütün məğlubiyyətlərin əvəzini çıxdım".

Sportinfo.az xəbər verir ki, bunu ukraynalı qadın güləşçi Oksana Livaç (50 kq) Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinin yarımfinalında məğlub etdiyi Azərbaycan təmsilçisi Mariya Stadniklə görüş barədə jurnalistlərə açıqlamasında deyib.

26 yaşlı idmançı son saniyələrdə qazandığı qələbəni belə şərh edib:

"Hesabda geri olduğum üçün son dəqiqədə hücuma keçdim. Öz vaxtımı gözləyirdim.

Qələbə qazanmağa çalışdım və məndə alındı. Bunun üçün böyük enerjim var idi.

Sonda arzuma çatdığıma görə çox xoşbəxtəm. Bunu bacarmaq üçün çox çalışmışdım".

Livaç Mariya Stadnik barədə xoş fikirlər səsləndirib:

"Stadnik mənim kumirimdir. Uşaqlıqda onun kimi olmağa çalışırdım, sonra bir müddət birlikdə məşq etdik.

Ona qalib gəlmək çox çətin idi. Demək olar ki, həmişə məğlub olurdum.

Mariya əfsanədir, ona böyük hörmətim var. Düşünürəm ki, o, olimpiadaya lisenziya qazanacaq. Sadəcə, bu gün mən güclü idim".

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi