"Heyətə kimləri qoyduqsa, uğurlu nəticə qazandı, bizi yanıltmadı"

11 Aprel 2024 08:30 Güləş 898
"Heyətə kimləri qoyduqsa, uğurlu nəticə qazandı, bizi yanıltmadı"

"Baş məşqçilik dövrümdə 5 lisenziya qazandığımız üçün çox şadam".

Sportinfo.az xəbər verir ki, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirindəki nəticələr barədə deyib.

Mütəxəssis yarışa qatılan 5 idmançının hər birinin olimpiadaya lisenziya əldə etməsindən məmnun olduğunu söyləyib:

“Federasiya prezidentinin və azarkeşlərin etimadını doğrulutduq. Heyətə kimləri qoyduqsa, uğurlu nəticə qazandı, bizi yanıltmadı. Bu da gələcəkdə gənclərimiz üçün üstünlükdür”.

Baş məşqçi üç gündən sonra Qubada təlim-məşq toplanışına başlayacaqlarını sözlərinə əlavə edib. Hazırlığa U-23 yığması da qoşulacaq”.

Azərbaycan millisinin heyətində Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86) və Georgi Meşvildişvili (125 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə ediblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti