Eldəniz dünya çempionu oldu, Ülvi gümüş qazandı

12 Sentyabr 2022 01:00 Güləş 426
Eldəniz dünya çempionu oldu, Ülvi gümüş qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Sportinfo.az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda gürcüstanlı Nuqzari Tsurtsumiya ilə üz-üzə gəlib.

Rəqibinə ilk hissədəcə tam üstünlüklə (8:0) qalib gələn Əzizli yarışın qalibi olub.

Bu, 30 yaşlı idmançının ikinci dünya çempionluğudur. O, daha əvvəl 2018-ci ildə mundialın baş mükafatına sahib çıxıb. 30 yaşlı idmançı bu göstəricidə Fərid Mansurova çatıb. Mansurov da 2007 və 2009-cu illərdə eyni uğura imza atmışdı.

Eldəniz Əzizli həmçinin ikiqat Avropa çempionudur. O, 2018 və 2022-ci illərdə qitənin ən güclüsü olub.

Bu gün həmçinin Ülvü Qənizadə (72 kq) final duelinə çıxıb. Onun rəqibi Serbiya təmsilçisi Ali Arsalan olub. Gərgin mübarizə şəraitində keçən görüş yerli güləşçinin qələbəsi ilə yekunlaşıb – 7:4.

Beləliklə, Azərbaycan yığması günü 2 medalla başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti