Fərid Qayıbov: "Qitənin ən güclüsü bizim ölkədir, bizim ölkə birincidir!"

7 Aprel 2022 23:00 Güləş 563
Fərid Qayıbov: "Qitənin ən güclüsü bizim ölkədir, bizim ölkə birincidir!"

"Qitənin ən güclüsü bizim ölkədir, bizim ölkə birincidir!"

Sportinfo.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov qurumun rəsmi saytındakı məqaləsində Azərbaycanın yunan-Roma və sərbəst güləş üzrə yığmalarının Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında komanda hesabında birinci olmalarına belə reaksiya verib.

Qayıbov bu nailiyyət münasibətilə idmançıları, məşqçiləri bir daha təbrik edib və qələbəyə görə onlara təşəkkürünü bildirib:

"Sözsüz ki, hər bir uğurun arxasında çətin məşqlər, əziyyət, zəhmət dayanır.

Qitənin 37 ölkəsinin təmsil olunduğu çempionatda uğur qazanan hər iki komandamızın ən yaxşı olmasına yalnız sevinməliyik".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı