"Çempion olmağım təsadüf deyil, bunun üçün illərimi, gəncliyimi, ömrümü vermişəm"

6 Aprel 2022 09:20 Güləş 472
"Çempion olmağım təsadüf deyil, bunun üçün illərimi, gəncliyimi, ömrümü vermişəm"

"Azərbaycanın güləş tarixində yeganə 3 qat dünya çempionu olmağım təsadüf deyil, bunun üçün illərimi, gəncliyimi, ömrümü vermişəm"

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın titullu sərbəst güləşçisi Hacı Əliyev şəxsi instaqram hesabında yazıb.

65 kq çəki dərəcəsində çıxış edən 31 yaşlı idmançı bu rekordu yeniləmək üçün uzun illərin lazım olduğunu bildirib:

"Paris-2024 Yay Olimpiya Oyunlarınadək bu rekordu özüm də dəyişə bilərəm".

Qeyd edək ki, 3 qat dünya çempionluğu ilə bərabər 3 qat Avropa çempionu tituluna malik Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında gümüş medal qazanıb.

Əvəzində yunan-Roma güləşçisi Rafiq Hüseynov 82 kq çəkidə üçüncü dəfə Avropa çempionluğuna yiyələnib. 2021-ci ildə isə Hüseynov dünya çempionu olub.

Paris-2024 Yay Olimpiya Oyunlarınadək iki dünya çempionatı keçiriləcək. Builki mundial 10 - 18 sentyabrda Serbiyanın paytaxtı Belqradda, gələn il isə Rusiyanın Krasnoyarsk şəhərində təşkil olunmalıdır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu