Azərbaycan komandası "12 fevral"dan 10 medalla qayıdır

6 Aprel 2022 00:10 Güləş 608
Azərbaycan komandası "12 fevral"dan 10 medalla qayıdır

Azərbaycanın sərbəst güləşçiləri Türkiyənin Kahramanmaraş şəhərində gənclər arasında keçirilən beynəlxalq turnirdə 10 medal qazanıb.

Sportinfo.az xəbər verir ki, "12 fevral" adlanan yarışda milli komandanın məşqçiləri Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında 14 güləşçi xalça üzərinə çıxıb.

Sabir Cəfərov (70 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə edib.

Ramik Heybətov (61 kq), Əbülfəz Nəsirov (65 kq), Kənan Heybətov (70 kq), Səbuhi Əmiraslanov (79 kq) və Abdulcəlil Şabanov (92 kq) gümüş, Nurəddin Novruzov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Namus Orucov (74 kq) və Fərid Cabbarov (86 kq) isə bürünc medala sahib çıxıblar. Y

ekunda 1 qızıl, 5 gümüş və 4 bürünc medal qazanan yığma komanda hesabında 2-ci yeri tutub.

Türkiyə, Azərbaycan, Fransa və Qırğızıstandan olan sərbəst güləşçilərin də mübarizə apardığı yarışda beynəlxalq dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!