Azərbaycanın 16 qazancı

4 Aprel 2022 02:10 Güləş 475
Azərbaycanın 16 qazancı

Azərbaycan yunan-Roma güləşçisi Murat Lokyaev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, 97 kq çəki dərəcəsində rəqib avstriyalı Daniel Kastl olub. Rəqibinə 1:4 hesabı ilə uduzan Lokyayev 5-ci yeri tutub.

Beləliklə, yunan-Roma güləşi üzrə Azərbaycan yığması Avropa çempionatını 2 qızıl, 1 gümüş, 5 bürünc medalla başa vurub.

Milli komanda üzvlərindən Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib çıxıb.

Ümumilikdə isə Azərbaycan komandaları Avropa çempionatında 16 medal əldə edib.

Sərbəst güləş millisindən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb.

Qadın güləşində isə Elis Manolova (65 kq) gümüş medala sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"