Rafiq Hüseynov 3 qat Avropa çempionu oldu

4 Aprel 2022 00:40 Güləş 714
Rafiq Hüseynov 3 qat Avropa çempionu oldu

Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, 82 kq çəki dərəcəsində rəqib Gürcüstan təmsilçisi Gela Bolkvadze olub.

Rəqibinə 2:1 hesabı ilə qalib gələn Hüseynov karyerasında üçüncü dəfə Avropa çempionu olub.

O, əvvəlki qitə çempionluqlarını 2011 və 2020-ci illərdə əldə edib. Hüseynovun aktivində 2021-ci ilin dünya çempionluğu da var.

Beləliklə, Azərbaycanın yunan-Roma güləşi üzrə yığması aktivinə 8-ci medalı yazıb.

Aprelin 2-də Eldəniz Əzizli (55 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala yiyələnib.

Ülvi Qənizadə bürünc medal görüşünə çıxıb. 72 kq çəki dərəcəsində rəqib litvalı Kristupas Sleyva olub. Rəqibinə 14:7 hesabı ilə qalib gələn Qənizadə Azərbaycana 7-ci medalı qazandırıb.

Həsrət Cəfərov da bürünc medal görüşünə çıxıb. 67 kq çəki dərəcəsində rəqib serbiyalı Sebastyan Nad olub.

Rəqibinə 8:1 hesabı ilə qalib gələn Cəfərov böyüklərin yarışında ilk dəfə nüfuzlu yarışda mükafatçılar sırasında yer alıb. 19 yaşlı pəhləvan 2021-ci ildə gənclər arasında Avropa və dünya çempionu, eləcə də U-23 dünya çempionatının qalibi olub.

60 kq çəki dərəcəsində Murad Məmmədov da medal qazanıb. O, 3-cü yer uğrunda görüşdə rumıniyalı Razvan Arnautu məğlub edib - 5:2.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu