Azərbaycanın səfiri və I vitse-prezident medalçıları mükafatlandırdı - VİDEO

3 Aprel 2022 02:10 Güləş 720
Azərbaycanın səfiri və I vitse-prezident medalçıları  mükafatlandırdı - VİDEO

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında 55 kq çəki dərəcəsində fərqlənənlərin mükafatlandırma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, medalları Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə və Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyinin Büro üzvü Namiq Əliyev təqdim edib.

Bu çəkidə Emre Mutlu (Türkiyə) və Rudik Mkrtçyan (Ermənistan) bürünc, Nuqzari Tsurtsumia (Gürcüstan) gümüş, Eldəniz Əzizli (Azərbaycan) qızıl medal qazanıb. T.Tağızadə və N.Əliyev onların hər birinə medallar və qiymətli hədiyyələr təqdim edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar