Erməninin azərbaycanlı idmançıya qarşı təxribatının VİDEOsu

2 Aprel 2022 11:00 Güləş 859
Erməninin azərbaycanlı idmançıya qarşı təxribatının VİDEOsu

Xəbər verdiyimiz kimi, Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədova qarşı Ermənistan təmsilçisi Hraçya Poqosyan təxribata əl atıb.

Məğlubiyyəti həzm edə bilməyən erməni idmançı Məmmədovun üzünə zərbə endirərək onu itələyib.

Belə ki, idmançımızın peşəkarlığı sayəsində təxribatın qarşısı alınıb. Qələbəmizi qeyd edən Məmmədov Poqosyan və məşqçinin qarşısında salto vurub. İdmançı bununla rəqibin təxribatına cavab verib.

Hraçya Poqosyana 3:1 hesabı ilə qalib gələn Taleh Məmmədov finala vəsiqə qazanıb. O, qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Leri Abduladze ilə görüşəcək.

Sportinfo.az “qafqazinfo”ya istinadən həmin anların görüntüsünü təqdim edir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”