“Çempion olduğum üçün..."

2 Aprel 2022 09:20 Güləş 483
“Çempion olduğum üçün..."

“Sözsüz ki, çempion olduğum üçün çox şadam".

Sportinfo.az xəbər verir ki, bunu Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında qızıl medal qazanan Azərbaycan sərbəst güləşçisi Məhəmmədxan Məhəmmədov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

97 kq çəki dərəcəsində yer alan 24 yaşlı pəhləvan bu nəticədə əməyi olan hər kəsə təşəkkürümü bildirib:

"Göstərdiyi diqqət və qayğıya görə federasiya rəhbərliyinə və bizi bu yarışa yüksək səviyyədə hazırlaşdıran yığma komandanın məşqçilərinə minnətdaram”.

Digər Xəbərlər
Xəbər Lenti