“Hacı Əliyev üzərində bu cür qələbə qazanacağımı gözləmirdim”

31 Mart 2022 09:20 Güləş 1 178
“Hacı Əliyev üzərində bu cür qələbə qazanacağımı gözləmirdim”

“Düşündüklərimin döşəkdə necə alındığını bilmirəm”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev deyib.

Otuz yaşlı idmançı Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatının finalında meydan sahibi ölkəni təmsil edən balkar əsilli İsmail Musukayevə 1:12 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.

Əliyev Musukayevlə final görüşündə baş verənləri izah edə bilmədiyini diqqətə çatdırıb: “Güləş belədir. Baş verənləri izah etmək çətindir”.

Musukayev isə bunları deyib:

“Mən bu cür hesabı gözləmirdim. Rəqib həqiqətən yaxşıdır və keçən dəfə ona qalib gəlmək, gerçəkdən, çətin alınmışdı (2020-ci ildə Serbiyanın paytaxtı Belqradda keçirilmiş Dünya Kubokunun yarımfinalında Hacıya 7:6 hesabı ilə qalib gəlib).

Bu dəfə daha yaxşı formada idim, Olimpiadadan sonra dərhal məşqlərə başlamış və Avropa çempionatına mənəvi cəhətdən hazırlaşmışdım”.

Musukayev bu yarışda rəqiblərindən 33 xal götürüb və yalnız finalda Hacıya 1 xal verib:

“Nə qədər xal qazanacağını heç vaxt bilə bilməzsən. Görüşlərə zehnən hazırlaşmışdım. Səni nələrin gözlədiyini bilmirsən. Daim qələbəyə köklənirsən”.

Tokio Olimpiadasına qızıl medal üçün getdiyini, lakin zədələrinə görə yaxşı çıxış etmədiyini bildirən 29 yaşlı İsmail Musukayev ilk dəfə Avropa çempionu olub.

Bununla da 21 il sonra (2003-cü ildə Arpad Ritter Avropa çempionu olub – S.M.) Macarıstan təmsilçisi qitənin güclüsü adını qazanıb:

“Mən bilmirdim ki, 21 ildir, belə bir şey olmayıb. Bilirdim ki, xeyli vaxt keçib. Macarıstanlı azarkeşləri sevindirə bildiyim üçün şadam”.

Bu, Hacı Əliyevin böyüklərin Avropa çempionatında qazandığı beşinci medaldır. O, əvvəl üç dəfə qızıl (2014, 2018, 2019) və bir dəfə bürünc medal (2016) qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!