Bu gün daha 5 azərbaycanlı mübarizəyə başlayır - Avropa çempionatı

29 Mart 2022 12:00 Güləş 685
Bu gün daha 5 azərbaycanlı mübarizəyə başlayır - Avropa çempionatı

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha 5 sərbəst güləşçisi mübarizəyə başlayacaq.

Sportinfo.az xəbər verir ki, 61 kq çəki dərəcəsində çıxış edən İslam Bazarqanov təsnifat mərhələsində Viktor Lizen (Almaniya) ilə üz-üzə gələcək.

74 kq çəkidə yarışan Turan Bayramov 1/8 finalda Ali Umarpaşayev (Bolqarıstan) ilə görüşəcək.

86 kq-da Abubakr Abakarov eyni raundda Denis Balaur (Moldova) ilə qarşılaşacaq.

92 kq çəkidəki Osman Nurmaqomedov yarışa 1/4 finaldan start verəcək. Onun ilk rəqibi Simeone Yannattoni (İtaliya) - Radoslav Marçinkeviç (Polşa) cütünün qalibi olacaq.

Nəhayət, 125 kq-dakı Aydın Əhmədov təsnifat mərhələsində Paris Karepi (Albaniya) ilə güləşəcək.

Bu gün, həmçinin Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Zirəddin Bayramov (70 kq) isə bürünc medal qarşılaşmasına çıxacaq.

Avropa çempionatı aprelin 3-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar