"Dünya güləşində çoxlu tanınmış şəxs var. Bəlkə də bunu Azərbaycan güləşi üçün demək istəyib".
Sportinfo.az xəbər verir ki, bu sözlər sərbəst güləş üzrə yığmanın lideri Hacı Əliyevə məxsusdur.
Çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Oyan Nəzəriani "Hacı Əliyev güləşin Kriştianu Ronaldosudur" ifadəsini işlədib.
H.Əliyev bu müqayisə barədə aşağıdakıları söyləyib (report):
"Həmişə əziyyət çəkən və üzərimdə işləyən idmançıyam. Bəziləri çox əziyyət çəkməsə də, istedadları var. Amma istedadlı idmançı da bir yaşa qədər nəticə verə bilir.
Daim məşqlər etmək lazımdır. Hər zaman məşq edir və formada qalmaq istəyirəm. Oyan Nəzəriani də nə qədər əziyyət çəkdiyimi görür.
O, özümə də deyib ki, Ronaldo kimi əziyyət çəkən idmançısan (gülür). Bütün fikirləri mənim üçün dəyərlidir.
ABŞ-dan olan məşqçi Mark Alan Filipp ilə birlikdə üzərimdə çox əziyyəti olub. Olimpiadadan əvvəl fiziki məşqlərdə çox əziyyət çəkiblər".

