Azərbaycan yığmasının üzvü 42 saniyəyə Avropa çempionu oldu

13 Mart 2022 23:40 Güləş 1 112
Azərbaycan yığmasının üzvü 42 saniyəyə Avropa çempionu oldu

Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatı sona çatıb.

Sportinfo.az xəbər verir ki, qitə birinciliyinin son günü də Azərbaycan milli üçün uğurlu alınıb.

Sərbəst güləşçilərimizdən Cəbrayıl Hacıyev (74 kq) finalda rumıniyalı Kriştian Büro ilə qarşılaşıb. Bu rəqibini çətinlik çəkmədən 8:1 hesabıyla məğlub edən Hacıyev ardıcıl 2-ci dəfə U-23 Avropa çempionatının qalibi olub.

Abubakr Abakarov (86 kq) da qitənin ən güclüsü adını qazanıb. Milli üzvü həlledici görüşdə moldovalı Lilian Balana aman verməyib. Cəmi 38 saniyəyə finalın taleyini həll edən Abakarov Avropa çempionu olub.

Aydın Əhmədov (125 kq) bürünc medal uğrunda Yunanıstanı təmsil edən Azamat Xosonovla mübarizə aparıb. Bu görüşdən 7:3 hesablı qələbəylə ayrılan pəhləvanımız 3-cü yeri tutub.

Beləliklə, Avropa çempionatının son günündə sərbəst güləşçilərimiz 2 qızıl və 1 bürünc medal əldə edib.

Bir gün öncə milli üzvləri 2 qızıl və 2 bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar