Azərbaycanın daha bir "sərbəst"i qızıl medal qazandı

13 Mart 2022 01:40 Güləş 701
Azərbaycanın daha bir "sərbəst"i qızıl medal qazandı

Azərbaycanın sərbəst güləşçisi İslam İlyasov Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Sportinfo.az xəbər verir ki, 97 kq çəki dərəcəsindən çıxış edən idmançı finalda almaniyalı Yohannes Mayerlə üz-üzə gəlib.

Rəqibinə 5:3 hesabı ilə qalib gələn İlyasov Avropa çempionatının qalibi olub.

79 kq-dakı Əşrəf Aşırov bolqarıstanlı Oktay Hasanı məğlub edərək bürünc medala sahib çıxıb.

Daha əvvəl sərbəst güləşçilərdən Zirəddin Bayramov (65 kq) qızıl, Tofiq Əliyev (57 kq) bürünc medala yiyələnib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar