Avropa çempionatında beş medal qazanan yığma Bakıya qayıtdı

12 Mart 2022 00:00 Güləş 745
Avropa çempionatında beş medal qazanan yığma Bakıya qayıtdı

Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi Bakıya qayıdıb.

Sportinfo.az xəbər verir ki, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda yaxınları, məşqçilər və digər yığma üzvləri qarşılayıb.

Qitə birinciliyinə böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyev və Həsən Əliyevin rəhbərliyi altında 6 idmançıyla qatılan yığma 5 medala sahib çıxıb.

Bu, güləşin bu növündə U-23 Avropa çempionatlarında medal sayına görə rekord göstəricidir.

Yarışda Nihat Məmmədli (60 kq) və Xasay Həsənli (77 kq) qızıl, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyevlə (87 kq) Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar