Döşəkdən kənara çiynində çıxardı - Millimizin xanım üzvündən “feyr-pley” nümunəsi

10 Mart 2022 13:20 Güləş 959
Döşəkdən kənara çiynində çıxardı - Millimizin xanım üzvündən “feyr-pley” nümunəsi

Güləş üzrə U-23 millimizin qadın üzvü Elnurə Məmmədova Avropa çempionatında etdiyi "feyr-pley" nümunəsi diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, o, 1/4 finalda zədə alan slovakiyalı rəqibi Mariya Martinçuku döşəkdən kənara çiynində çıxarıb.

E.Məmmədova sözügedən rəqibinə 10:3 hesabı ilə qalib gəlib. Güləşçimiz yarımfinalda isə Mixaela Samoilə (Moldova) də heç bir şans tanımayıb - 11:4.

Beləliklə, finala yüksələn Məmmədova bu gün Andrea Beatriçe Ana (Rumıniya) ilə həlledici qarşılaşmaya çıxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar